Ajans.az Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar Kamçatkanın şərq sahili yaxınlığında qeydə alınıb. Zəlzələ 15 dekabr, bazar ertəsi günü yerli vaxtla saat 20:11-də baş verib. Yeraltı təkanların maqnitudası 5,6 bal təşkil edib ki, bu da seysmoloqlar tərəfindən hiss edilə bilən zəlzələ kimi qiymətləndirilir. Episentr 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 163 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə yerləşib. Hazırda zəlzələ nəticəsində ölən və ya dağıntılar barədə məlumat daxil olmayıb.