Jurnalist Enver Ayseverin Silivri Həbsxanasında Ekrem İmamoğlu ilə əl sıxmadığı iddiası, vəkil Yiğit Akalın tərəfindən təkzib edilib.
News365.az xəbər verir ki, dddialara görə, həbsdə olan Ekrem İmamoğlu həbsxanaya yeni gələn jurnalist Enver Ayseverə “geçmiş olsun” demək istəsə də, Aysever İmamoğlu tərəfindən uzadılan əli geri çevirərək “Çirkli əlini, oğruların əlini sıxmaram” deyib.
Lakin Ayseverin vəkili Yiğit Akalın bu iddiaların doğru olmadığını bildirib. Akalının sözlərinə görə, həbsxanada belə bir dialoq baş verməyib.
Akalının açıqlamasına görə, əslində baş verən hadisə belə olub: Ekrem İmamoğlu vəkil görüşü zamanı Ayseverə “geçmiş olsun” deyib, Aysever isə cavab olaraq “Çox sağ olun, Prezidentim, sizə də” ifadəsini işlədib.
News365.az