Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, Ağstafa rayonunun ictimai-mədəni həyatında hər zaman fəallığı ilə seçilən qocaman şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.
Vəfatı ilə əlaqədar şairin Ağstafa şəhərində yaşadığı ünvanda keçirilən mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Nəbiyev Qurban Həmid oğlu 1947-ci ilin 30 oktyabrında Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. İxtisasca mühəndis olan sənət adamı ailəli idi, iki qız və bir oğul övladı vardır. “Şair niyə qocalmasın”, “Kövrək olur şair qəlbi”, “Poeziya mənim həyatımdır” və son olaraq 2021-ci ildə iki cilddən ibarət ümumilikdə beş kitabı işıq üzü görmüşdür.
Ağstafa rayon ictimaiyyəti adından Qurban Həmidoğluna Allahdan rəhmət, ailə üzvlərinə və yaxınlarına dərin hüzünlə baş sağlığı veririk!
