AZ

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Qanununu imzalayıb.

Qeyd edək ki, Saziş bu il sentyabrın 19-da Bakı şəhərində imzalanıb. Sazişdə əsas anlayışlar, səlahiyyətli orqanlar, məxfilik dərəcələri, buraxılışların verilməsi və ötürülməsi, məxfi müqavilələrin imzalanması, qarşılıqlı səfərlər, xərclər və mübahisələrin həlli ilə bağlı müddəalar öz əksini tapıb. Sənəd iki dövlət arasında informasiya təhlükəsizliyi, kibermühafizə və müdafiə sahəsində əməkdaşlığın daha sistemli və etibarlı əsasda inkişafına xidmət edir. 

Seçilən
48
2
azerbaijan-news.az

3Mənbələr