AZ

Bayram gəlmədən yumurta niyə bahalaşır?

Broyler yumurtasının qiyməti artıb. 

Satıcıların sözlərinə görə, qiymətlərdə son bir neçə gündə 5-7 qəpik artım müşahidə olunur.

Onlar bildirirlər ki, hazırda broyler yumurtası 20 qəpiyə satılır. Satıcılar qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirirlər. Alıcılar da qiymətin artdığını təsdiqləyirlər. Kənd yumurtasının qiyməti isə 50 qəpiyə kimi artıb. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərəmli yumurtanın bahalaşmasına münasibət bildirib.

Ekspert bildirib ki, Azərbaycan özünü təmin edəcək həcmdə yumurta istehsal edə bilmir: “Adambaşına illik norma 290 ədəd olduğu halda, Azərbaycanda 190 ədəd istehsal edilir”.

Yumurtanın qiymətindəki artım davam edəcəkmi və yerli istehsal tələbarı ödəyirmi? 

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, şəbəkə marketlərdə yumurtanın qiyməti 16-19 qəpikdir: 

“Ola bilər ki, bəzilərində 20 qəpik olsun. Qiymətlərin qalxması demək olar ki, labüddür, ola bilər qalxsın. Ona görə ki, qonşu dövlətlərin hər birində qiymətlər qalxıb. Məsələn, Türkiyədə 27-28 qəpik, Gürcüstanda 26-27 qəpik, Rusiyada 24-25 qəpik, İranda 24 qəpikdir. Kənd yumurtasının istehsalı əgər yay aylarında gündə 400 min idisə, indi 100 minə düşür. 

Kənd yumurtasının qiyməti qalxıb və bu gözləniləndir. Sənaye yumurtası istehsalında problem yoxdur.Kifayət qədər istehsalımız var. Ancaq əhalinin tələbatı da qış ayları olduğuna görə qalxıb. Əgər gündəlik tələbat 3 milyon 600 min idisə, bu gün 4 milyondan artıqdır”.

O deyib ki, qarşıdakı dövrdə yumurta qiymətinin bahalaşması gözlənilmir:

“Ancaq tələbatın artması müəyyən təsir edə bilər. Hazırda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə icazə verilməməsinin, quş damları Sovet dövründən qaldığına və onları yeniləyə bilməməyimizin müəyyən mənada böyük təsiri var. Yəni quşlara bioloji fasilə verilmir. Quş damlarında müəyyən xəstəliklər var. Bunun da bir təsiri var.

Dünyada ən çox yumurta Meksikada yeyilir ki, ildə 392 ədəd təşkil edir. Sonra 362 ədədlə Yaponiyadır. Bizdə bu ilə kimi 147 ədəd yeyilirdi. İndi də bu rəqəm artıb, 174 ədəd olub. Ölkəyə kənardan bir yumurta idxal olunmayıb. 200 milyona yaxın yumurta ixrac etmişik. 2025-ci il üçün ölkədə 2 milyard 200 milyon istehsal var. Bizim yerli istehsal tələbatı tam ödəyir”. 

Seçilən
93
cebheinfo.az

1Mənbələr