“Flamenqo”nun 2024-cü ilin yanvarında “Qarabağ“dan transfer etdiyi və 3 illik müqavilə imzaladığı Juninyonu satmağa hazırlaşmasından xəbərdarsız.
Rio təmsilçisi bu transferlə bağlı Meksikadan “Pumas”a razılaşdırmağa yaxındır.
Müqavilənin məbləği 5 milyon avro təşkil edir. Bu, “Flamenqo”nun ilin əvvəlində futbolçunu “Qarabağ”dan transfer edərkən ödədiyi məbləğlə eynidir.
Müqavilə şərtlərinin müzakirəsi yekunlaşıb, lakin hələlik “Flamenqo” rəhbərliyinin son təsdiqi gözlənilir. Juninyoya başqa təkliflər də olub, sadəcə, "Pumas”ın variantı “Flamenqo”nu daha çox qane edib və klub bu keçidə müsbət yanaşıb.
Hazırda hücumçu komandayla birlikdə Qətərdədir və klublararası qitələrarası kubokda iştirak edir.
“Flamenqo” təklif olunan şərtlərdən razı qaldığına görə satışın rəsmiləşməsi ehtimalı yüksəkdir.
Meksika təmsilçisi ödənişi hissə-hissə həyata keçirəcək. Braziliyanın məşhur klubu həmin məbləği üç dəfəyə alacaq.
Juninyo “Flamenqo”da özünü doğrulda bilməyib. O, mövsüm ərzində 32 oyunda meydana çıxıb və 4 qol vurub.
Forvardın “Pumas“a keçmək üzrə olmasından “Qarabağ“da xəbərdardırlar. Amma edə biləcəkləri bir şey yoxdur artıq.
“Flamenqo“ onların 2 milyon avroluq son təklifini geri çevirib. “Pumas“ın ödəməyə razılıq verdiyi məbləği “köhlən atlar“dan da istəyiblər.
Səbəbkarın özünün ürəyi isə buradadır. “Sambaçı“ Ağdam komandasının bir neçə futbolçu ilə danışaraq, “Flamenqo“da özünü xoşbəxt hiss etmədiyini, ötən günlər üçün darıxdığını bildirib.
29 yaşlı hücumçu bu ilin əvvəlində “Qarabağ“dan “Sevilya“ya getmədiyi üçün peşman olduğunu da etiraf edib.
SPORTİNFO.AZ