AZ

Əməkdar məşqçi və icra başçısının oğlu general olub - FOTO

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təltif olunan FHN əməkdaşları arasında polkovnik Füzuli Musayev də var.

Ölkə.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, FHN-in idman-sağlamlıq klubunun rəisi olan Füzuli Musayev Prezident sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

544938

 O, 2007-ci ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi vəzifəsində çalışır.

F. Musayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə 8-ci dan qara kəmər sahibi, "Tərəqqi" medallı, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Əməkdar İdman Ustası, həmçinin karate üzrə dünya və Avropa çempionudur.

Bundan əlavə, təltif olunanlar arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov da var. O, general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

544937

S.Qaraşov 2023-cü ilin 22 iyununda FHN-in Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib. O, həmin vaxta qədər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Taleh Qaraşov 1996-cı ildən icra başçısı işləyir. O, 1996-2002-cı illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-cı illərdə Astara rayonlarının icra başçısı olub. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinə başçılıq edir.

Seçilən
121
35
olke.az

10Mənbələr