Tramp zarafatla Melaniyanın özündən daha populyar olmasından şikayətləndi
Ajans.az xəbər verir ki, mitinqlər zamanı tez-tez Melaniyaya sevgini ifadə edən plakatlarla rastlaşır. Tramp birinci xanıma göstərilən bu diqqətin “onu bir qədər əsəbiləşdirdiyini” deyərək zarafatla əlavə edib ki, bu mövzunu həyat yoldaşı ilə müzakirə etməli olacaqlar. “Demək olar ki, hər çıxışımda lövhələr görürəm: ‘Biz birinci xanımımızı sevirik’. Onlar birinci xanımı sevirlər. Mən nə edə bilərəm? Açığı, bunu çox da bəyənmirəm, çünki düşünürəm ki, onu məndən daha çox sevirlər”, – deyə Tramp zarafatla qeyd edib.