AZ

“Bavariya”nın qapıçısı zədələndi

“Bavariya”nın qapıçısı Manuel Noyer zədələnib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı qolkiper Bundesliqanın XIV turunda “Maynts”la 2:2 hesablı oyunda budundan xəsarət alıb.

Bu səbəbdən Noyer dekabrın 21-də “Haydenhaym”la keçiriləcək ilin son matçında meydana çıxa bilməyəcək.

Seçilən
60
idmanxeber.az

1Mənbələr