AZ

Göyçayda eyni yolda ard arda qəza Üç avtomobilə maddi ziyan dəydi VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Göyçayda eyni gündə iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəzalar dekabrın 14-də axşam saatlarında baş verib. İlk hadisə zamanı “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına düşüb.

Bir müddət sonra eyni yolda ikinci yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan “VAZ-2115” markalı minik avtomobili “Qazel” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Xoşbəxtlikdən hər iki hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
avtosfer.az

1Mənbələr