ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində danışıqları davam etdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" DPA xəbər agentliyinə istinadən xəbər verir ki,görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski, Prezidentin xüsusi elçisi Stiven Vitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner iştirak ediblər.
14 dekabrda Berlində keçirilmiş əvvəlki görüşdə də danışıqların detallarına dair açıqlama verilməyib.
ABŞ nümayəndə heyətinə Vitkoff və Kuşner, Ukrayna tərəfinə isə Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov daxildir.