Ermənistan qarşıdan gələn seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün Avropa Birliyindən kömək istəyib.
Publika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin xarici işlər naziri Kaya Kallas bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı tezliklə seçkilər ərəfəsində Ermənistana kömək etmək üçün mümkün formatları müzakirə edəcək.
Şərh üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılsa da, hələlik cavab alınmayıb.
Qeyd edək ki, Avropa İttifaqı 2026-cı il parlament seçkilərindən əvvəl Ermənistana 12 milyon avro ayırmağa hazır olduğunu açıqlamışdı. Vəsaitlərin xarici məlumatların manipulyasiyası və müdaxiləsi ilə mübarizə, həmçinin kibertəhlükəsizliyin gücləndirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.