AZ

Riyaziyyat müəllimini kürəyindən bıçaqladı

Sankt-Peterburqun 191 nömrəli məktəbində yeniyetmə müəllimini kürəyindən bıçaqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Şagird 29 yaşlı riyaziyyat müəlliminə kürəyindən üç dəfə bıçaq zərbəsi vurduqdan sonra özünü də yaralayıb. 

Məlum olub ki, məktəblinin anasının onu əlavə riyaziyyat dərslərinə yazdırıb. O isə riyaziyyatda çətinlik çəkir və dərslərə qatılmaq istəməyib. 

İstintaq Komitəsinin (İK) məlumatına görə, qadın müəllimə ən azı üç dəfə bıçaq xəsarəti yetirilib: "Hadisə nəticəsində hər ikisi xəstəxanaya yerləşdirilib. Hücumdan sonra İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb".

Ağarza Elçinoğlu 

Seçilən
99
unikal.az

1Mənbələr