AZ

Berlində Ukrayna və ABŞ danışıqlarının ikinci mərhələsi başladı – FOTO

Almaniyanın paytaxtı Berlində Ukrayna və ABŞ arasında sülh danışıqlarının ikinci mərhələsi başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Mənbələrin məlumatına görə, 14 dekabrda başlayan və bir neçə saat davam edən danışıqlar bu gün də davam edir.
 

Daha əvvəl Ukrayna Prezident Ofisi müharibəyə son qoymaq üçün bazar günü Berlində başlayan danışıqların 15 dekabrda davam edəcəyini bildirmişdi.


Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, Almaniya Kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşner iştirak ediblər.


Bizim.Media

Seçilən
119
3
bizim.media

3Mənbələr