AZ

ABŞ Konqresi Suriyada patrul xidmətinə edilən hücumdan sonra Trampın hərəkətlərini dəstəkləyəcək

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Konqresi Suriyada amerikalılara edilən hücuma cavab olaraq Prezident Donald Trampın İslam Dövlətinə (İŞİD) qarşı mübarizədəki hərəkətlərini dəstəkləməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, İndiana ştatından olan respublikaçı senator Cim Benks "Fox News"a bildirib.

"Patrula edilən hücuma görə məsuliyyət daşıyanları tapacağıq, onları məsuliyyətə cəlb edəcəyik və ABŞ Konqresi bu işdə prezidenti dəstəkləyəcək", - deyə Benks bildirib. O, əlavə edib ki, ABŞ senatorları Trampı İŞİD-in kökünü kəsmək səylərində dəstəkləmək niyyətindədirlər.

Bir müddət əvvəl Amerika lideri Vaşinqtonun Suriyada Suriya-Amerika patrul xidmətinə edilən hücumun günahkarlarına qarşı qisas alacağını bildirmişdi.

13 dekabrda silahlı şəxs Palmirada birgə Suriya-Amerika patrul xidmətinə atəş açıb. Nəticədə iki ABŞ hərbçisi və bir amerikalı mülki tərcüməçi həlak olub. Onların cəsədləri Amerika helikopterləri ilə sərhəd bölgəsi olan əl-Tanfda (Dəməşqdən 250 km) yerləşən Qərb koalisiyasının hərbi bazasına aparılıb.

Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hücum edən şəxs təhlükəsizlik qüvvələrinin üzvü olub, lakin komandanlıq vəzifəsi tutmayıb. O, atışma zamanı zərərsizləşdirilib. Hakimiyyət orqanları onun İŞİD ilə əlaqəsi olub-olmadığını və ya sadəcə terrorçuların ideologiyasına sadiq qalıb-qalmadığını araşdırır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
icma.az

1Mənbələr