AZ

Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi vəxilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulubmöhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş AzərbaycanRespublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqitəməlini yaratmışdır.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyivə Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətənmüharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterrorəməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tambərpa edilmişdir.

Trend xəbərverir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqiqüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasınınxalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq,humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaqşəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizininkişafına öz töhfələrini verəcəklərinə ümid edərək AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsitəşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasınınsuverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılandöyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cüil sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştiraketmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və yaxəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, ErmənistanRespublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsindəəlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmışşəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların vədigər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azadedilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükətörətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayəttörətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşbir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmişhissəsi azaldılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən AzərbaycanRespublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktınıntətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetməcəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiyaolacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çoxməhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmincəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı,7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digərcəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çoxşəxsin cinayət məsuliyyətindən azad ediləcəyiproqnozlaşdırılır.

Seçilən
40
49
az.trend.az

10Mənbələr