AZ

bp və ADA Universiteti mühüm bir sosial layihəni uğurla başa çatdırıb (FOTO)

Bakı. Trend:

Bu gün bp ADA Universiteti və ADA Universiteti Fondu iləbirlikdə Qazaxda və Gəncədə həyata keçirilmiş bir sosial təşəbbüsünuğurla tamamlandığını elan edib.

Trend xəbər verir ki, bumünasibətlə 13 dekabr tarixində ADA Universitetinin QazaxMərkəzində tədbir keçirilib.

Layihədə əsas məqsəd müəllimlərin məktəblilərdə əqli sağlamlıqproblemlərini vaxtında aşkar edərək aradan qaldırmaq bacarıqlarınıartırmaqdır ki, bu da daha ciddi psixoloji fəsadların qarşısınıalmağa komək edəcək.

Ümumiyyətlə isə layihə uşaqlarda əqli sağlamlıqla bağlı hərhansı problemin ilk əlamətlərini vaxtında görərək ilkin dəstəkgöstərmək və erkən müdaxilə etmək məqsədilə müəllimləri lazımibacarıqlarla təmin etmək üçün nəzərdə tutulub.

Layihə çərçivəsində məktəb müəllimləri üçün əqli sağlamlıqproblemlərinin aşkarlanması və erkən müdaxilə vasitələrinin tətbiqiüzrə geniş təlim proqramı hazırlanmışdır. Ümümilikdə 40 saatdanibarət bu təlimə il ərzində rayon məktəblərindən təxminən 60müəllim qatılıb. Təlim proqramı əqli sağlamlıq məsələləri, uşaqpsixologiyası və emosional vəziyyət haqqında müəllimlərin bilik vəanlayışlarını əhəmiyyətli dərəcədə artırıb.

Təlim proqramı hər birində 15-20 müəllim olmaqla dörd qrup üzrəaparılmış və hər qrupun dərsləri həftə sonları həm əyani, həm dəonlayn rejimdə keçirilməklə iki ay davam edib

Bundan başqa, layihə çərçivəsində müəllimlərin bir-birindənöyrənmələri və daim inkişafı üçün dəstək şəbəkələri dəyaradılmışdır. Bu şəbəkələr müəllimlərə əqli sağlamlıqməsələlərinin həllində qarşılaşdıqları çətinlikləri və bununlabağlı təcrübələrini bir-biriləri ilə paylaşmağa imkan yaradır.

Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyəregionu üzrə sosial sərmayələr rəhbəri Xalid Rəcəbov dedi:

“İcmalara əhəmiyyətli faydalar gətirə biləcək təşəbbüsləridəstəkləməkdən qürur duyuruq. Əqli sağlamlıq uşaqların rifahınınvacib hissəsidir. Bu təşəbbüs ilkin problemləri kəskinləşməzdənəvvəl aşkarlaya bilən hazırlıqlı müəllimlər şəbəkəsiniformalaşdıraraq rayon məktəblərində əqli sağlamlıqla bağlı erkənmüdaxilə üçün mühüm bünövrə yaradır. Niyyətimiz məlumatlılığıartırmaqla və müəllimləri lazımi vasitə və biliklərlə təmin etməklədaha sağlam tədris mühitinin formalaşmasına və icmalarınuzunmüddətli rifahına töhfə verməkdir.”

ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev dedi:

“Bu layihə biznes-təhsil əməkdaşlığının gücləndirilməsi,həmçinin əhəmiyyətli sosial məsuliyyət təşəbbüslərinə töhfə verməküzrə uzunmüddətli öhdəliyimizi əks etdirir. Davamlı əməkdaşlığa vəbirgə səylərimizin məqsədini daha da artırdığına və bu səylərəböyük dəyər qatdığına görə bp şirkətinə dərin təşəkkürümüzübildiririk. İstəyimiz bu əməkdaşlığı irəli aparmaq və birlikdəcəmiyyət üçün daha da böyük faydalar gətirməkdir”.

Layihə ADA Universiteti Fondu tərəfindən həyata keçirilib.bp-nin layihəyə töhfəsi 240 488 AZN (141 464 ABŞ dolları) təşkiledib.

bp
bp
bp
Məqalədə:
Seçilən
102
3
az.trend.az

4Mənbələr