AZ

İran hökuməti Prezidentin qızı və kürəkəninə arxa durdu: “Nə qədər gülüncdür!”

Astana şəhərində İran Prezidentinin qızı Zəhra Pezeşkian və kürəkəni Həsən Məcidinin alış-veriş etməsinə rəsmi Tehran münasibət bildirib.

"Yeni Sabah" rokna-ya istinadla xəbər verir ki, Məsud Pezeşkianın səfəri zamanı Almatıda "Tarbiya" brend mağazasında çəkilən videoya çəkməyə Prezident Aparatının Media istehsalı üzrə baş direktoru Məhəmməd Mobinin rəyi bu olub:

"Sarı haşiyələr (dedi-qodu - red.) cavab tələb etmir, lakin iddiaçıların davranışının nə qədər gülünc və çirkin olduğunu bilməyiniz üçün demək istəyirəm: xanım Zəhra Pezeşkian Qazaxıstan Prezidentinin dəvəti ilə Astana şəhərindəki bir neçə mədəniyyət mərkəzinə baş çəkib və bu dəvətlər diplomatik səfərlər üçün adi haldır".

Xatırladaq ki, İran Prezidentinin qızı və kürəkəninin Almatıda "Tarbiya" brend mağazasına gedişi sosial şəbəkədə qınaqla qarşılanıb. Bir çox istifadəçi buna dair videoya "Bunlara bax, dolların məzənnəsinin açıq bazarda 130 min tümənə çatdığı bir vaxtda alış-veriş edirlər!" tipli rəylər yazıb.

Yeri gəlmişkən, Zəhra Pezeşkian və Həsən Məcidinin baş vurduğu "Tarbiya" brend mağazası onların gəlişindən reklam kimi istifadə edib.


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr