Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Ukrayna lideri Volodimir Zelenskinin ölkəsinin NATO üzvlüyündən imtina etməyə hazır olması barədə bəyanatını şərh edib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, bu məsələ əsas mövzulardan biridir.
“Əlbəttə, bu məsələ ən əsas və müzakirəyə açıq mövzulardan biridir. Bu, digər məsələlər fonunda xüsusi şəkildə müzakirə olunmalıdır. Məhz bu cür məsələlər danışıqlar prosesinin əsasını təşkil edir. Amma bir daha qeyd etmək istəyirəm ki, biz bu prosesi ‘meqafon diplomatiyası’ formatında aparmaq istəmirik”, – deyə Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az