Şairə Nazilə Səfərli xınayaxdılardan qazandığı məbləği açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.
Nazilə deyib ki, ümumi məbləğ 55 min manat olsa da, ona az miqdar çatır:
“Mənə çatan pul 3500 manatdır. Qalanının mənə aidiyyəti yoxdur. Dörd min çəkiliş heyəti, 3200 ansambl, 12 min bir Xalq artisti, 10 min də bir Xalq artisti, rəqs qrupları 8 və 12 min, dekor 17-18 min, rəqqasə ilə dicey ikisi 2 min, bir də davul-zurna dəstəsi də 1000 manat alır. Ümumilikdə 55 min edir. Bu puldan mənə 3500 manat pul qalır”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta