AZ

Balaxanı yolunda “sağ sol” edən “Hyundai” dəmir çəpərə çırpıldı REAL VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Balaxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, hərəkətdə olan “Hyundai” markalı avtomobil sürüşərək idarəetmədən çıxıb və yol kənarındakı dəmir çəpərə çırpılıb. İlkin ehtimallara görə, hadisə əlverişsiz hava şəraiti və yolun sürüşkən olması səbəbindən baş verib.

Xoşbəxtlikdən qəza zamanı digər nəqliyyat vasitələri qəzaya uğramayıb və xəsarət alan olmayıb.

Qeyd edək ki, əlverişsiz hava şəraitində sürücülər sürət həddini minimuma endirməli, kəskin manevrlərdən çəkinməli, avtomobillər arasında təhlükəsiz məsafə saxlamalı və yolun vəziyyətini nəzərə alaraq hərəkət etməlidirlər. Sürüşkən yolda diqqətsizlik qəza riskini xeyli artırır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
avtosfer.az

1Mənbələr