AZ

Bakının mərkəzində siçanlar ərazini basıb - VİDEO

BAKI, 15 dekabr. TELEQRAF

Heydər Əliyev Mərkəzi ilə Bakı Konqres Mərkəzinin qarşısındakı ərazidə ciddi antisanitar vəziyyət müşahidə olunur.

Vətəndaşların şikayətinə əsasən, uzun illərdir baxımsız qalan geniş sahədə siçanların sayı artıb. Bildirilir ki, tullantıların atılması üçün nəzərdə tutulan qutularda zibil uzun müddət toplanır və nəticədə ərazidə kütləvi şəkildə siçanlar peyda olur. Sakinlər siçanların avtomobllərinə də ziyan vurduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, ərazi bir gün əvvəl dezinfeksiya olunub:

"Sabah da dezinfeksiya işləri aparılacaq, həmçinin təmizlənəcək. Ərazi nəzarətdə saxlanılacaq", – qeyd olunub.

Seçilən
113
teleqraf.com

1Mənbələr