AZ

Polşa bu qırıcıları Ukraynaya verə bilər

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Polşa dekabr ayının sonuna qədər Polşa Ordusundan çıxarılacaq 6-8 MiQ-29 qırıcı təyyarəsinin Ukraynaya təhvil verilməsi üzərində işləyir. 

Bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

O, bunun hazırda Polşada xidmətdə olan 14 MiQ-dən 6-8 təyyarəyə aid olduğunu dəqiqləşdirib. Tomçik vurğulayıb ki, Polşa bunun müqabilində Ukrayna PUA texnologiyasını alacaq. Onun sözlərinə görə, təyyarələrin Ukraynaya təhvil verilməsi ölkənin müdafiə qabiliyyətinə təsir göstərməyəcək.

Lakin, təyyarələrun Ukraynaya verilməsi ilə bağlı yekun qərar hələ verilməyib. 

Bu mövzu Ukrayna Prezidenti Volodimir Zelenskinin 19 dekabr cümə günü Varşavaya planlaşdırılan səfəri zamanı müzakirə olunacaq.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
130
1
azpolitika.info

2Mənbələr