AZ

Kontakt Home endirimli şifarişi ləğv edib baha qiymətə satışa çıxardı

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Kontakt Home mağazalar şəbəkəsi ilə bağlı daha bir narazılıq sosial şəbəkələrdə gündəm olub. AzPost xəbər verir ki, vətəndaş Əli Ələsgər rəsmi səhifəsində paylaşdığı şikayətdə endirimli məhsul sifarişinin şübhəli şəkildə ləğv edildiyini bildirib.

Onun sözlərinə görə, Kontakt Home-un rəsmi saytında və reklamlarında 199 AZN endirimli qiymətlə təqdim olunan ASUS VP299CL model monitoru onlayn sifariş edib. Sifarişdən sonra səhər saat 09:00 radələrində ona zəng edilərək sifarişin yoxlanılacağı bildirilib.

Lakin daha sonra saat 11:00–12:00 aralığında iki dəfə çox qısa zəng edildiyini deyən Ə.Ələsgər qeyd edir ki, zənglər o qədər qısa olub ki, telefon əlində olsa belə cavab vermək mümkün olmayıb. Buna baxmayaraq, sifariş “müştəri telefonu açmadığı üçün” ləğv edilib.

Şikayətdə ən narahatedici məqam isə sifarişin ləğvindən dərhal sonra eyni monitorun Kontakt Home-un saytında bu dəfə 829 AZN qiymətlə yenidən satışa çıxarılmasıdır. Müştəri bu halın endirimli məhsulun qəsdən satılmaması və sifarişin süni şəkildə ləğv edildiyini düşünür.

Əli Ələsgər baş verənləri istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir və məsələ ilə bağlı aidiyyəti qurumların mövqe bildirməsinin vacib olduğunu vurğulayır.

AzPost mövzu ilə əlaqədar qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
1
azpost.info

2Mənbələr