GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib. Bu, 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, 2021-ci ilin yanvarında qoyun ətinin ölkədə orta qiyməti 11 manat 90 qəpik idi, 2025-ci ilin avqustun birinə bu rəqəm 18 manat 70 qəpiyə yüksəlib:
“2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65% artımdır. İdxalın əsas hissəsi – 244,66 ton Monqolustanın payına düşüb. Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib”.
İqtisadçı qeyd edib ki, bu ilin ilk 10 ayında Rusiya və Gürcüstandan ümumilikdə 289 min baş diri qoyun gətirilib:
“Bu, keçən ilin eyni dövrünü 89% üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub. Gürcüstandan gətirilən diri qoyunları həmin ölkədə yaşayan soydaşlarımız yetişdirir, əsasən, Gürcüstan türklərinin yaşadığı bölgələr maldarlıqla, heyvandarlıqla məşğul olurlar. Yəni soydaşımız qoyun-keçi, mal-qara saxlmağı, artırmağı bilir, yerli bazarı da təmin edir, Azərbaycana da satır. Amma bizim məmləkətdə yaşayan bunu edə bilmir, çünki iqtisadi sistem fərqlidir. Gürcüstan insanın maraqlarını idarə edir, Azərbaycan isə insanın özünü idarə etməyə çalışır”.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.