Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Saatlı rayonunda 1990-cı il təvəllüdlü Babaxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Musaya (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 2-də baş verib. Babaxan həmin gün saat 22 radələrində yaşadığı evin həyətində onunla birlikdə yaşayan qardaşı Musa ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dalaşıb. O, yumruqla qardaşının sifət nahiyəsinə vurub, ona sağ gözün ətrafında müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Babaxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Babaxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qardaşından törətdiyi əmələ görə üzr istəyib, onunla barışıq əldə edib. Onun sözlərinə görə, qardaşı da ona qarşı şikayətini geri götürüb.Saatlı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ilə zərərçəkmiş barışdığından və zərərçəkmiş şəxsin şikayəti olmadığından cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.