AZ

Həkim: Bu, dərmanlar əhaliyə pulsuz verilə bilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bəzi dərmanların sığorta hesabına ödənilməsi son dərəcə müsbət və alqışlanası qərardır. Bu addım həm əhalinin sağlamlığının qorunmasına, həm də maddi yükün azalmasına ciddi dəstək verir”. Bu barədə həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib.O əlavə edib ki, xüsusilə sosial həssas qruplar üçün belə bir mexanizmin tətbiqi insanların həyat keyfiyyətinin yüksəlməsi baxımından böyük əhəmiyyət daşıyır:“İlk növbədə, bu siyahıya geniş istifadə olunan bir sıra dərmanların daxil edilməsi vacibdir. Məsələn, ağrıkəsicilər bu gün ən çox tələb olunan preparatlar sırasındadır və onların sığorta çərçivəsinə daxil edilməsi həm xəstələrin, həm də ailələrin üzərindəki maliyyə yükünü xeyli azalda bilər. İkinci mühüm kateqoriya onkoloji xəstəliklərin müalicəsində istifadə olunan preparatlardır”. Həkim diqqətə çatdırıb ki, hazırda onkoloji xəstələrin sayı durmadan artır:“Bu insanlara müalicə üçün lazım olan dərmanların böyük hissəsi çox bahalıdır. Bu səbəbdən, həmin dərmanların sığorta tərəfindən qarşılanması xəstələr üçün həyati dərəcədə önəmli addım olar. Diabet və insulin dirənci olan pasiyentlərlə bağlı müəyyən dərəcədə təminat var, lakin bunun tam şəkildə qarşılanması daha məqsədəuyğun olardı. Çünki bu xəstəliklər zamanı dərmanlar xəstənin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilir və fasiləsiz şəkildə istifadə edilməlidir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
demokrat.az

1Mənbələr