AZ

Təltif olunanlar arasında o da var - Əməkdar məşqçi, Əməkdar İdman Ustası...

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təltif olunan FHN əməkdaşları arasında Füzuli Musayev də var.

"Yeni Sabah" xəbər verir ki, FHN-in idman-sağlamlıq klubunun rəisi olan Füzuli Musayev prezident sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 O, 2007-ci ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi, polkovnik vəzifəsində çalışır.

F. Musayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə 8-ci dan qara kəmər sahibi, "Tərəqqi" medallı, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Əməkdar İdman Ustası, həmçinin karate üzrə dünya və Avropa çempionudur.


Telegram kanalımız
Seçilən
117
yenisabah.az

1Mənbələr