AZ

Namaz qılan şəxs sağlamlıq məqsədilə şərab içə bilər? - İlahiyyatçı AÇIQLADI

Sağlamlıq insan üçün ən vacib amillərdən biridir. Bildiyimiz kimi, spirtli içkilər İslam dinində insan üçün haram sayılır. Lakin bəzi namaz qılan insanlar iddia edirlər ki, sağlamlıq məqsədilə, yəni qanın artırılması üçün qəbul edilən qırmızı şərab günah sayılmır.

Bəs namaz qılan bir şəxs belə bir iddiada haqlıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirdi ki, İslam dinində insanın bədəni və səhhəti əmanət sayılır.

Dediyinə görə, onları qorumaq, mühafizə etmək ən vacib məsələlərimizdən biridir:

"Lakin bu vücudu, bu varlığı haram yollarla qorumağa çalışmaq qəti günah sayılır və buna heç bir halda izin verilmir. Hədəf və qayəmiz Allahın rizasını qazanmaqdır. Bu xəstəlikləri də bizə verən, eyni zamanda bizi xəstələndirib bizə şəfa verən uca Yaradandır. Onun dərgahına üz tutmalı, Ona sığınmalıyıq. Daha alternativ müalicə üsulları və metodları axtarmalıyıq. Hərçənd ki, dünyamızda bunun saysız-hesabsız yolları var. Ona görə də insanın belə haram bir vasitədən istifadə etməyə cəhd göstərməsi günahın üzərinə günah gəlməsi deməkdir. Çünki Peyğəmbərimizin də bir hədisində buyurulur ki, içki dərddir, dərman deyil. İstər bunun şərab variantı olsun, istərsə də tərkibində insanın ağlını başından çıxaran hər hansı maddə olsun, bunların hamısı sərxoşedici maddələr sayılır. Bunun azı-çoxu yoxdur, hamısı yasaqdır. Bu din insanı belə əməllərdən uzaq tutmağı əmr edir və Maidə surəsinin 90-cı ayəsində "fəctənibuhu" ifadəsi işlədilir. Yəni "onlardan uzaq durun". Odur ki, Yaradan qullarının bu çirkin işlərdən uzaq olmasını tələb edir və onlar üçün daha fərqli, uyğun yolları məqbul görür".

Nuriyyə NATİQQIZI

Seçilən
57
1
redaktor.az

2Mənbələr