Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə universitetin əməkdaşlarına bir aylıq əməkhaqqı həcmində birdəfəlik mükafat ödənilib.
Ölkə.Az xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova tərəfindən müvafiq əmr imzalanıb.
Bildirilir ki, qərarın qəbulunda məqsəd universitet əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması, əməyin stimullaşdırılması və kollektivdə səmərəli iş mühitinin daha da gücləndirilməsidir.