AZ

NYT: “Klintonlar cütlüyü “Epşteyn işi”nin hədəfində”

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri, Kenkutti ştatından seçilmiş respublikaçı Ceyms Komer Klintonların ifadə verməsində israrlıdır. .

“Cütlük bu həftənin əvvəlində - 17-18 dekabrda keçiriləcək komitə iclasları üçün və ya 2026-cı ilin yanvarın əvvəllərində çağırış vərəqələri ala bilər. Əgər onlar yenidən imtina etsələr, Komer Konqres proseslərinə hörmətsizlik göstərilməsi və Klintonların məsuliyyətə cəlb olunması barədə təşəbbüs qaldırmaq niyyətindədir. Komitə sədri avqust ayında Klintonlar cütlüyünə oxşar çağırış vərəqələri göndərsə də, onlar buna məhəl qoymayıblar”,- qəzet yazır.

“NYT” xatırladır ki, Konqres qarşısında ifadə verməkdən imtina etmək bir ilə qədər həbs cəzası və 100 min dollara qədər cərimə nəzərdə tutur, lakin çağırışa məhəl qoymayan hər şahid hörmətsizlik məsuliyyəti ilə üzləşmir.

- Epşteyn işində ifadə vermək üçün Klintinların Konqresə gəlişi demək olar ki, görünməmiş hadisə olardı. 1983-cü ildən bəri heç bir keçmiş prezident Konqres qarşısında ifadə verməyib. Yalnız 1987-ci ildə ovaxtkı prezident Cerald Ford ABŞ Konstitusiyanın 200 illiynə hazırlıq barədə Senatın Ədliyyə Komitəsində çıxış edib”,- nəşr diqqətə çatdırır.

Britaniya kralı qardaşını titul və hüquqlardan məhrum edib
Yeri gəlmişkən, Ağ Evin indiki rəhbəri Donald Tramp da artıq prezident olmadığı zaman 6 yanvar 2022-ci il hadisələrini araşdıran xüsusi komitədənçağırış vərəqəsi alışdı. Lakin Tramp buna məhkəmədə etiraz etdikdən sonra sənəd geri götürülüb.

Xatırladaq ki, dekabrın 10-da Nyu-Yorkun Cənub dairəsi Ceffri Epsteyn işi ilə bağlı materialların açqıalnmasına icazə verib. 2019-cu il iyulun 6-da həbs edilmiş maliyyəçi Manhettendəki evinə 2002-2005-ci illər arasında ən kiçiyi 14 yaşında olan onlarla həddi-büluğa çatmamış azyaşlı qızın gətirilməsində günahlandırılırdı.

Onun tanışları və dostları arasında ABŞ-nin hazırkı və keçmiş yüksək səviyyəli məçmurları, o cümlədən Klintonlar və ABŞ-nin hazırkı prezidenti Donald Tramp, habelə beynəlxalq aləmdə çox məşhur olan şəxslər və siyasətçilər olub. 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etdikdən sonra Epşteynə qarşı cinayət ittihamları dayandırılıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
131
1
azvision.az

2Mənbələr