AZ

General-mayor rütbəsi alan Seymur Qaraşov bu icra başçısının oğludur – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Seymur Taleh oğlu Qaraşova “general-mayor” ali hərbi rütbəsi verilib.

Bizim.Media xəbər verir ki, Seymur Qaraşov Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

Seymur Qaraşov uzun müddətdir Fövqəladə Hallar Nazirliyində çalışır. O, bir müddət Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini olub.

Seymur Qaraşov 2023-cü ilin iyununda Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib.


Qeyd edək ki, Taleh Qaraşov  1996-cı ildən bəri müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. O, 2012-ci ildən bəri Lənkəran rayon icra hakmiyyətinin başçısıdır.

Bizim.Media

Seçilən
117
1
bizim.media

2Mənbələr