AZ

Toy karvanlarında qəzaların baş verməsinin səbəbi budur AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Toy karvanlarında baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarına əməl edilməməsidir. Sürücülər bir-birinə çox yaxın məsafədə hərəkət edir. Tez-tez qəfil əyləclər verilir”. Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, bəzən sürət artırılır, bəzən isə səbəbsiz yerə dayanılır:“Bu hallar digər avtomobillər üçün təhlükə yaradır və nəticədə zəncirvari qəza baş verir. Şəhər şəraitində, xüsusilə də Nərimanov kimi hərəkətin sıx olduğu rayonlarda belə davranışlar riski daha da artırır. Yolun buraxıcılıq qabiliyyəti azalır. Digər sürücülər nə baş verdiyini anlamağa macal tapmır. Bir avtomobilin səhvi bir neçə maşının toqquşması ilə nəticələnir. Toy karvanı anlayışı qanunvericilikdə ayrıca status daşımır”. O əlavə edib ki, bu səbəbdən karvanda iştirak edən bütün sürücülər digərləri ilə eyni qaydalara tabedir:“Sürət həddinin aşılması, təhlükəli manevrlər və məsafənin saxlanılmaması inzibati məsuliyyət yaradır. Qəza baş verdikdə isə maddi ziyanla yanaşı, insanların həyatı da risk altına düşür. Belə hadisələrin qarşısını almaq üçün sürücülər emosiyaya qapılmamalıdır. Qaydalar hamı üçün eynidir. Təhlükəsiz məsafə saxlanmalı, yol şəraiti və digər hərəkət iştirakçıları nəzərə alınmalıdır. Toy sevinci heç vaxt yol təhlükəsizliyindən üstün tutulmamalıdır”.Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
demokrat.az

1Mənbələr