Bakı. Trend:
Azərbaycan və Maldiv ümumvətəndaş pasport sahibləri vizatələbindən qarşılıqlı azad edilib.
Trend xəbər verir ki,Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə MaldivRespublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərininviza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqedilməsi barədə Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərindəimzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə MaldivRespublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərininviza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqedilib.