AZ

Avstraliyada silahlı insidentdən sonra yeni qərar qəbul olundu

Dünən Avstraliyanın Sidney şəhərində baş verən silahlı insidentdən sonra ölkədə silah satışı ilə bağlı yeni qərar verilib.

Publika.az xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese bəyanat yayıb.

Onun sözlərinə görə, ölkədə silahla bağlı qanunlar sərtləşdiriləcək: "Milli kabinetin gündəliyinə fiziki şəxs tərəfindən istifadə edilən və ya lisenziyalı silah sayının məhdudlaşdırılması da daxil olmaqla daha sərt silah qanunlarını daxil edəcəm".

Dünən hücum edənlərdən birinin lisenziyalı silah sahibi olduğu və hadisə yerində daha altı silahın tapıldığı məlum olmuşdu.

Seçilən
58
publika.az

1Mənbələr