AZ

Azərbaycanda elektromobillərin alışı bu səbəbdən AZALIR AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Dünyada elektromobillərin sayının artmasının başlıca səbəblərindən biri odur ki, bu nəqliyyat vasitələri artıq müxtəlif ölkələrdə sınaqdan çıxıb, servis şəbəkələri qurulub və istifadəçilər üçün əlçatan hala gətirilib. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O, bildirib ki, elektromobili ölkəyə gətirmək və istifadə etmək nisbətən asandır:"Lakin əsas məsələ onun texniki xidmətidir, ustası varmı, ehtiyat hissələri əlçatandırmı, servis xərcləri münasibdirmi? Əgər bu amillər təmin olunarsa, elektromobillər bizim bazarda da daha geniş yayılacaq. Azərbaycanlı istehlakçının əsas gözləntisi rahatlıqdır. Vətəndaş istəyir ki, avtomobilində hər hansı nasazlıq yaranarsa, ehtiyat hissəsini asanlıqla tapsın, keyfiyyətli servisə müraciət edə bilsin və diaqnostika mərkəzləri mövcud olsun. Yəni insan bu xidmətləri axtarmaq üçün əziyyət çəkməsin, özünü “dağa-daşa vurmasın”". Ekspert bildirib ki, xarici ölkələrdə isə bu sistemlər daha oturuşmuş və standartlara uyğun şəkildə qurulub:"Buna görə də bizim istifadəçilərin narahatlığı başadüşüləndir. Bu narahatlıqların aradan qaldırılması üçün isə lazımi addımlar atılmalıdır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
demokrat.az

1Mənbələr