Tezliklə Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana yeni taxıl göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, yük artıq yola düşüb.
Papoyan qeyd edib ki, yük çatdıqdan sonra əlavə məlumat veriləcək.
Azərbaycandan neft məhsullarının tədarükü ehtimalını şərh edən nazir vurğulayıb ki, bu barədə məlumat yalnız onların ölkəyə faktiki çatdırılmasından sonra açıqlanacaq.