Dekabrın 17-20-də Naxçıvanda yeniyetmə oğlanlar və qızlar arasında voleybol üzrə “Suverenlik kuboku” uğrunda birincilik keçiriləcək.
Hafta.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunacaq yarışda 4 oğlan, 4 qız komandası iştirak edəcək. Oğlanların yarışında “Gənc milli oğlanlar”, Bakının “Murov Az Terminal” voleybol klubunun komandası, “Naxçıvan” komandası və Türkiyənin İğdır şəhərinin komandası, qızların yarışında isə “Gənc milli qızlar”, “Milli Aviasiya Akademiyası” Voleybol klubunun komandası, Naxçıvanın “Möminə Xatun” komandası və Türkiyənin İzmir şəhərinin “Altınordu” Voleybol klubunun komandası mübarizə aparacaq.
Çempionat Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək.