AZ

Zelenski: Kiyev bu halda NATO üzvlüyündən imtina edəcək

Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün Qərbin təhlükəsizlik zəmanətləri müqabilində NATO hərbi alyansına qoşulmaq məqsədindən imtina edəcək.

Ölkə.az “reuters”ə istinadən xəbər verir ki, bunu Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

“Ukrayna ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətləri, ABŞ-ın bizim üçün NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər və avropalı həmkarlarımızın, eləcə də Kanada və Yaponiya kimi digər ölkələrin təhlükəsizlik zəmanətləri Rusiyanın başqa bir işğalının qarşısını almaq üçün bir fürsətdir. Bu, artıq bizim tərəfimizdən bir güzəştdir”, -Zelenski bildirib.

Zelenski onu da qeyd edib ki, NATO üzvlüyü əvəzinə ABŞ, Avropa və digər tərəfdaşların təhlükəsizlik zəmanətləri Ukrayna üçün kompromisdir.

O əlavə edib ki, təhlükəsizlik zəmanətləri hüquqi cəhətdən məcburi olmalıdır. 

Mürtəza

Seçilən
84
50
olke.az

10Mənbələr