AZ

Ağır qəza oldu -

Yevlaxda minik avtomobilləri toqquşub.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığında baş verib. 2 "VAZ"ın toqqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd etmək lazımdır ki, səhər saatlarından etibarən rayonun qeyd olunan istiqamətində ikisi zəncirvari olmaqla, 3 yol qəzası baş verib. Hadisələr zamanı müxtəlif bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya çatdırıllb. Onlardan 3-ü qadın biri uşaq iki nəfəri isə kişidir.

İlkin zəruri tibbi yardım aldıqdan sonra 5 yaralı ambulator müalicə üçün evə buraxılıb. Durumu daha ciddi olan 1979-cu il təvəllüdlü yaralı Ramiz Quliyev isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Seçilən
56
metbuat.az

1Mənbələr