AZ

Türkiyədə narkotik əməliyyatı- 46 nəfər həbs edilib

Türkiyənin İzmir şəhərində keçirilən narkotik əməliyyatında 46 şübhəli həbs edilib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Vilayət Polis İdarəsi məlumat yayıb.

"Axtarışlar zamanı 3.166.874 narkotik həb, 50 kiloqram 592 qram marixuana, 6 kiloqram 194 qram kokain və 1105 kök bitkisi aşkar edilib. Bitkilərlə yanaşı, 9 dəqiq tərəzi, 4 tapança, 9 tüfəng, 366 tapança və tüfəng patronu, eləcə də, narkotik maddələrin istehsalında istifadə olunan materiallar müsadirə edilib",- məlumatda qeyd olunub.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
41
missiya.az

1Mənbələr