Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) əməkdaşlığın dayandırılmasına baxmayaraq, İranla əlaqə saxlayır.
Bakıvaxtı.az xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi RFI radiosunda bildirib.
"İranla əlaqə qalır. Hələ ki, əməkdaşlığı lazımi səviyyəyə qaytara bilməmişik, amma inanıram ki, bu olacaq", - Qrossi bildirib.
Onun sözlərinə görə, dialoq "pərdəarxası danışıqlar və məxfi əlaqələr" vasitəsilə davam edir: "Unutmamalıyıq ki, İranın fiziki infrastrukturu, xüsusən də İsfahan, Nətənz və Fordodakı obyektlərdə ciddi şəkildə zədələnsə belə, nüvə materialları hələ də mövcuddur. Söhbət 60%-ə qədər zənginləşdirilmiş 400 kq urandan gedir və bu, ciddi narahatlıq mənbəyi olaraq qalır".