Bakı. Trend:
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar)barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəməprosesi davam edib.
Trend xəbərverir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə vəkil AsimAbbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatətisəsləndirib.
Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da,cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əksolunsa da, iş üzrə tənqidi hal kimi yanaşılıb.
Həmçinin vəkil əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunundirektoru Ramiz Mehdiyevin vəzifədə olan zaman təyin edilib. Bu daona əsas verir ki, rəy qərəzlidir. Rəyin sübutlar siyahısındançıxarılmasını xahiş edirəm.
Müdafiə tərəfin vəkili Ülvi Nəsibli bildirib ki, Bir az dakeçsə, Emil Səməndərovu da Ramiz Mehdiyevlə əlaqələndirəcəklər.
Vəkil Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbərolmalıdır. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqəolmayıb.
Təqsirləndirilən İsfəndiyar Axundov bildirib ki, RamizMehdiyevlə əlaqəsi yoxdur. Və onunla əlaqəsi olan şəxslərcəzalanacaq.
Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həmtəqsirləndirilən şəxs özü, həm də övladı bizimlə danışıqlara gedibvə razılaşma ilə bağlı zənglər edib.
Məhkəmə rəyin sübutlar siyahısından çıxarılması ilə bağlıvəsatəti baxılmamış saxlayıb.
Həmçinin məhkəmə əvvəlki prosesdə vəkil Asim Abbasovun rəyiverən mütəxəssisin dindirilməsi ilə bağlı verdiyi vəsatəti təminetməyib.
Daha sonra sənədlər tədqiq edilib.
Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqınıyekunlaşıb.
Xüsusi ittiham qaydasında iddia qaldıran Emil Səməndərovunvəkili çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi 22 dekabra təyin edilib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittihamqaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə,İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovudələduz kimi təqdim edib.