AZ

Yevlaxda hansı komandanın qanı qaralacaq? - CANLI YAYIM

Premyer Liqanın XV turuna bu gün iki oyunla yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, əvvəlcə "İmişli" Qubada "Karvan-Yevlax"la üz-üzə gələcək.

Görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:00-da start götürəcək. "İmişli" turnir cədvəlində 15 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik "Karvan-Yevlax" sonuncu - 12-cidir.

Turun son matçı "Palms Sports Arena"da baş tutacaq. "Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək.

Rauf Cabarovun idarə edəcəyi görüş saat 19:00-da başlayacaq. "Neftçi" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.

Turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib.

14:00. "İmişli" – "Karvan-Yevlax" 0:0

Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. "Neftçi" – "Sumqayıt"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

"Palms Sports Arena"

Seçilən
47
sportinfo.az

1Mənbələr