AZ

Rusiyada “ən strateji məhsul” bahalaşır Alkoqol yanvarın 1 dən neçəyə olacaq?

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya əhalisi üçün az qala ən strateji məhsullardan birinin - spirtli içkilərin qiyməti bahalaşacaq.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, yanvar ayından etibarən alkoqolun qiyməti 10-17% arta bilər.

“Kommersant” nəşri xəbər verir ki, beş böyük spirtli içki istehsalçısı olan şirkətlər pərakəndə satıcılara ƏDV, istehsal xərcləri və aksiz vergilərinin artması səbəbindən yanvar ayından etibarən qiymət artımları barədə xəbərdarlıq edib.

Məsələn, “Beluga” araq istehsalçısı “Novabev Group” pərakəndə satıcılara məhsullarına 10% qiymət artımı barədə məlumat verib. Şirkət bu qərarın səbəbləri kimi şərab üçün aksiz vergilərinin 31% və yanvar ayından etibarən ƏDV-nin 20%-dən 22%-ə qədər artmasını göstərib.

Digər istehsalçılar da qiymət artımları barədə xəbərdarlıq ediblər:

KVK Group (Koktebel konyakı, Medoff araq) — 15-17%

Sibir Alkoqol Qrupu (Pyat ozer) — araq məhsullarına 13%, digər məhsullara 12%. “Russkiy satndart” və “Zelyonaya marka” araqlarını istehsal edən digər iki şirkət məktublarında qiymətləri nə qədər artıracaqlarını dəqiqləşdirməyiblər.

Məlumatda deyilir ki, yanvar ayından etibarən Rusiyada spirtli içkilərə vergilər (aksiz vergiləri) artacaq. Məsələn, qazsız şərablara aksiz vergisi 1 yanvardan litrinə 148 rubla (əvvəllər 113 rubl) qədər artacaq.

Məlum olduğu kimi, ƏDV və digər vergilərin artırılması Rusiya hökumətinin Ukraynadakı müharibəni maliyələşdirmək çətinliyndən irəli gələn qərardır. Deməli, işğalçılıq müharibəsini dəstəkləyən rusiyalılar bunun fəsadlarını həm də ciblərində və ən sevimli içkilərinin qiymətində hiss edəcəklər…

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
azpolitika.info

1Mənbələr