AZ

Avstraliyada odlu silah qanunvericiliyi sərtləşdiriləcək

Bakı. Trend:

Avstraliyanın Sidney şəhərinin çimərliyində 15 nəfərin ölümü ilənəticələnmiş terror aktından sonra ölkədə odlu silahla bağlıqanunvericiliyin sərtləşdirilməsinə qərar verilib. Belə ki, ştat vəərazi administrasiyaları odlu silah dövriyyəsini tənzimləyənqanunvericilikdə islahatların aparılması ilə bağlı razılığagəlib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avstraliya baş naziri EntoniAlbaneze məlumat verib.

Albaneze bildirib ki, odlu silah dövriyyəsini tənzimləyənqanunlar bütün ölkə üzrə sərtləşdiriləcək, bütün ştat və ərazilərdətətbiq olunacaq.

Qeyd edilir ki, bunun üçün regional hakimiyyət orqanlarına milliodlu silah reyestrinin yaradılmasını sürətləndirmək, bir şəxsinsahib ola biləcəyi odlu silah sayını məhdudlaşdırmaq, silahsahiblərinə ömürlük lisenziyaların verilməsindən imtina etmək vəlisenziyanın əldə olunması üçün Avstraliya vətəndaşlığının mütləqşərt olmasını təmin etmək tapşırılıb.

Məqalədə:
Seçilən
81
az.trend.az

1Mənbələr