"Gecə saatlarında "Volkswagen" markalı minik avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Hövsan-Yeni Suraxanı sahəsində hərəkət edən yük qatarının qarşısına çıxıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Bildirilib ki, maşinistin səs siqnalı verməsi və təcili tormozlama aparmasına baxmayaraq, toqquşma qaçılmaz olub:
"ADY bir daha hərəkət iştirakçılarını kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır".
*** 09:54
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS Oxu.Az-a istiandən xəbər verir ki, gecə saatlarında "Volkswagen Touareg" markalı minik avtomobili ilə teplovoz toqquşub.
Xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat yoxdur.