AZ

“Liverpul” onunla danışıqlara başladı

“Liverpul” qış transfer pəncərəsi üçün fəaliyyətə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar “Bornmut”un cinah yarımmüdafiəçisi Antuan Semenyonu transfer etmək istəyir.

Klub 25 yaşlı futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərib və hazırda ödəniş şərtləri müzakirə olunur.

Qeyd edək ki, Semenyo bu mövsüm 15 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Seçilən
125
idmanxeber.az

1Mənbələr