ain.az, 525.az portalına istinadən məlumat verir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 288,4 milyon manat investisiya qoyulub.
525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,3 % azdır.
Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 1,7 % təşkil edib.
Təkcə noyabrda isə sektora investisiya qoyuluşu 26,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 51 % azdır.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.