AZ

Lebron Ceyms özündən çıxdı və hakimə hücum etdi VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında Los-Anceles “Leykers”in hücumçusu Lebron Ceyms ilə “Finiks”in hücumçusu Dillon Bruks arasında sərt mübarizə yaşanıb.

İdeman.Biz bu barədə “Bleacher Report” “X” şəbəkəsində yayılan informasiyaya istinadən məlumat verir.

Belə ki, oyun zamanı oyunçular tez-tez toqquşublar. Bir məqamda Bruks topu fitdən sonra Ceymsə atıb, “Leykers”in superulduzu isə bu məqama sərt təpki göstərib və hakimlər insidentə müdaxilə edib. Bundan sonra Ceyms hakimlərdən birinə qarşı əsəbləşərək onun üzərinə yeriyib.

Bruksla yaşanan insidentə görə “Leykers”in hücumçusu texniki xəbərdarlıq alıb.

Matçın nəticəsində isə “Leykers” rəqibini minimal fərqlə məğlub edib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
1
icma.az

2Mənbələr